CARPRO
CARPRO MFX Detergent
CARPRO MFX Detergent
CARPRO MFX — mikrofiber dəsmallar və polishing pad-lər üçün xüsusi yuyucu
CARPRO MFX adi yuyucu vasitələrdən fərqli olaraq mikrofiber dəsmallarda və polishing pad-lərdə yığılan yağ, mum, sealant, polish qalıqları, kir və yüngül ləkələri çıxarmaq üçün hazırlanıb. Mikrofiberin liflərində yığılan bu qalıqlar zamanla dəsmalın su çəkmə qabiliyyətini azaldır. MFX həmin qalıqları təmizləyərək dəsmalların yumşaqlığını, hopduruculuğunu və performansını bərpa etməyə kömək edir.
Üstünlükləri:
Mikrofiber dəsmalların performansını bərpa edir
Yağ, mum, kir və məhsul qalıqlarını təmizləyir
Qurutma dəsmallarının su çəkmə qabiliyyətini yaxşılaşdırır
Polishing pad-lərinin təmizlənməsi üçün uyğundur
Paltaryuyan maşında istifadə edilə bilər
İstifadə qaydası
Mikrofiber dəsmallar üçün: paltaryuyan maşının yuyucu bölməsinə 50 ml MFX əlavə edin və 40–60°C-də, zərif və ya sintetik proqramda yuyun.Polishing pad-lər üçün: 50 ml MFX-i 10 litr suya qarışdırın (1:200) və pad-ləri minimum 1 saat məhlulda saxlayın. Daha sonra yaxşıca yaxalayıb qurudun.
CARPRO MFX — mikrofiber və pad-lərin ömrünü və performansını qorumaq üçün professional qulluq.
Share
